Milli Məclisin növbəti plenar iclası keçiriləcək - Gündəlikdə 21 məsələ var


10:18     15 Noyabr 2019 milli-meclis.jpg

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.


Femida.az-ın xəbərinə görə, payız sessiyasının növbəti plenar iclası noyabrın 19-da keçiriləcək.

İclasın gündəliyinə 21 məsələ daxil edilib. Bunlar, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələridir.

Femida.az

Açar sözlər:

Oxunub: 436