Bu gündən istilik veriləcək


10:40     15 Noyabr 2019 atapleniya.jpg

Bu gündən etibarən istilik sistemlərinin fəaliyyəti bərpa olunacaq.


Femida.az xəbər verir ki, bu barədə məlumatı “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev verib. O bildirib ki, artıq qurum tam iş rejimində fəaliyyətə başlayır:

“İstilik respublikanın dağ rayonlarında noyabrın əvvəlindən bərpa olunub. Bu gündən etibarən isə paytaxt ərazisində 190 minə yaxın mənzil istiliklə təmin olunacaq. Tam sistem mövsümə hazırdır və iki gün əvvəldən bəzi ərazilərdə qismən fəaliyyətə başlamışıq. Bu gündən etibarən isə gücləndirilmiş iş rejiminə keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 430