Azərbaycanda Baş Narkotiklərlə Mübarizə İdarəsi və İnterpolun rəisi dəyişdi- RƏSMİ
10:51 15 Noyabr 2019

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.
Femida.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev vəzifəsindən azad edilərək Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.
DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd edək ki, bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.
Femida.az
Oxunub: 1265
Oxşar xəbərlər
- DİN-in polkovniki təqaüdə göndərilib
- Məhəmməd Hadinin 140 illiyi qeyd ediləcək
- Dini ziyarətlər QMİ-nin nəzarəti altında təşkil olunacaq
- Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir? - Hüquqi YARDIM
- Qadınların yerli idarəetmədə iştirakı üçün şərait varmı? - Azərbaycanı Avropada təmsil edən bələdiyyə üzvü şərh edir
- Vətəndaşlıqdan çıxmaq üçün hansı sənədlər lazımdır? - RÜSUM VƏ QAYDALAR
- Polisdən silsilə narkotik əməliyyatları - 6 nəfər TUTULDU
- DİN məlumat yaydı: Qız qaçırılmayıb, könüllü şəkildə gedib
- Polis əməliyyat keçirdi: 60 nəfər TUTULDU
- DTX rəisi Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinin rəisi ilə görüşüb