İcra başçısı sakinlərlə görüşüb
11:22 15 Noyabr 2019
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Türkan qəsəbəsində sakinlərlə görüş keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, görüşdə rayon İcra Hakimiyyətinın əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin də məsul içiləri iştirak ediblər.
Əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev qəsəbədə görülmüş işlərlə bağlı məlumat verib.
Sakinlərin fəallığı, yaradılan səmimi abu-hava şəraitində və “Açıq mikrofon” formatında ilə keçən görüşdə Xəzər RİH başçısı Elşən Salahov Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq, mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini bildirib, son vaxtlarda rayonda, eləcə də Türkan qəsəbəsində həyata keçirilən işlərdən danışıb.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Səyyar görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov çıxışında yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.
Qəbulda iştirak edən sakinlər Xəzər rayonunda, xüsusilə Türkan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Oxunub: 388
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb
- Əfv sərəncamının icrasına başlanılıb
- Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub