Moskva aeroportunda təyyarələr toqquşdu


11:34     15 Noyabr 2019 19_11_15_1573803319.jpg

Moskvanın “Şeremetyevo” hava limanında “A-320” tipli sərnişin təyyarəsi digər təyyarə ilə toqquşub.


Femida.az -ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Minskdən uçan “A-320” dayanacağa doğru hərəkət edərkən “A-321” tipli təyyarəyə çırpılıb.

Hadisə nəticəsində “A-320”nin göyərtəsində olan 42 sərnişin və 6 ekipaj üzvü xəsarət almayıb. Onlar təhlükəsiz şəkildə təyyarəni tərk ediblər.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 415