Silsilə oğurluq edən şəxs saxlanıldı - Yevlaxda


12:31     15 Noyabr 2019 hebs_58.jpg


Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabr ayında bir qrup rayon sakini Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #oğru   #Yevlax  

Oxunub: 411