Zeynəb Xanlarovanın səhhətində problem var - Milli Məclisə gəlmir


12:54     15 Noyabr 2019 19_11_15_1573808094.jpg


"Son illərdə parlamentin iclaslarına davamlı olaraq qatılmayan deputat yoxdur. Hər bir deputat iclaslara qatılır”.


Bunu modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Komissiya sədri bildirib ki, Milli Məclisin deputatları parlamentin iclaslarına davamlı gəlməsələr, bununla bağlı İntizam Komissiyası ölçü götürür: "Elə deputatlarımız var ki, beynəlxalq təşkilatların üzvləridirlər. Məsələn, məni götürək. Beynəlxalq Olimpiya Komitəsinin üzvüyəm. Hazırda komitənin iclası keçirilir və mən də iclaslara qatılmaq üçün Yunanıstanın Olimpiya şəhərindəyəm. Bu iclas 4 ildən bir keçirilir. Deputatların bir çoxu üzrlü səbəblərə görə parlamentin iclasılarına qatıla bilmirlər. Yoxsa hansısa deputatın evdə oturub iclaslara qatılmaması deyilən bir şey yoxdur”.

Ağacan Abıyev Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın parlamentin komitə və plenar iclaslarına qatılmamasına da aydınlıq gətirib: "Zeynəb Xanlarova plenar iclaslara qatılır. Hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur. Təbii ki, sağlamlıq məsələlərində kiməsə töhmət verilmir. Bu məsələlər qanunla tənzimlənir”.

Qeyd edək ki, Zeynəb Xanlarova parlamentin dünən keçirilən plenar iclasına da qatılmayıb.

Femida.az

Açar sözlər: #Zeynəb   #Xanlarova   #Milli   #Məclis  

Oxunub: 1719