Qadına zor tətbiq edib qızıl boyunbağısını aldı


13:27     15 Noyabr 2019 boyunbagi.jpg

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 572