Bərdədə yanğın: 3 nəfər tüstüdən zəhərlənib


14:25     15 Noyabr 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Bərdə rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.


Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın çıxıb. Nəticədə üç nəfər Əzizova Aydə Bədir qızı, İsmayılova Şəlalə Oruc qızı və Yüsuzadə Əfsanə Xəyal qızı tüstüdən zəhərlənib.

Onlara zəruri tibbi yardım göstərilib. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Açar sözlər:

Oxunub: 423