"Vətən uğurunda ölənlərin xatirələri qəlbimizdə əbədi yaşayacaq" - General


15:54     15 Noyabr 2019 19_11_15_1573818712.jpg


"Hazırda Azərbaycan Ordusunda əməliyyat tədbirləri keçirilir. Bu səbəbdən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak edə bilməsə də, mərasim iştirakçılarına salamlarını çatdırır".


Bunu Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucadılan heykəlin açılış mərasimində Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

General bildirib ki, Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş şəxslərin xatirəsi, onların ailə üzvləri və qazilər daim Ali baş komandanın diqqətindədir.

"Bugünkü tədbir bunun əyani sübutudur. Abidənin açılışında zəhməti olan hər kəsə Müdafiə Nazirliyinin rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyəti adından təşəkkürümü bildirirəm. Albert Aqarunovun və onun kimi vətən uğurunda ölənlərin xatirələri qəlbimizdə əbədi yaşayacaq".

K.Vəliyev qeyd edib ki, Azərbaycan Respublikasının, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının istənilən tapşırığını icra etməyə hazırdır.

Femida.az

Açar sözlər: #general  

Oxunub: 193