Bolqarıstan Baş Nazirinin olduğu təyyarə qəza enişi etdi


18:38     15 Noyabr 2019 19_11_15_1573821185.jpg

Bolqarıstan Baş Naziri Boyko Borisovun olduğu “Falcon” təyyarəsi paytaxt Sofiyanın beynəlxalq hava limanında qəza enişi edib.


Femida.az -ın “BQNES” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb naviqasiya sistemində yaranmış problem olub.

Bildirilir ki, təyyarə Sofiya hava limanına enərkən naviqasiya sistemi tamamilə sıradan çıxıb, pilotlar onu tez bir zamanda işə sala bilməyiblər və buna görə əl idarəetmə rejiminə keçiblər.

Eniş uğurlu olub, xəsarət alan olmayıb.

Borisovdan əlavə, göyərtədə Salonikidə səfərdə olan hökumət nümayəndə heyətinin üzvləri də olub.

Açar sözlər:

Oxunub: 521