4 kirayənişin 1 nəfərə zor tətbiq etdi, 98 manat aldı


17:00     15 Noyabr 2019 19_11_15_1573822840.jpg

Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib.


Femida.az xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib.

Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb.

Hadisə noyabrın 13-də qeydə alınıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 361