"Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasına çalışmalıyıq - Səfir


17:14     15 Noyabr 2019 2019/11/BB4-1573821248_1573823132.jpg

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp uelsli futbol azarkeşlərindən ibarət “GOL Cymru” xeyriyyəçi təşkilatını United Aid for Azerbaijan (UAFA) tərəfindən həyata keçirilən “Bakı Layihəsi”nə səfərdə müşayiət edib.

Femida.az bu barədə səfirliyin "Facebook" səhifəsinə istinadla xəbər verib. “Bakı Layihəsi” Yasamal rayonunda əlilliyi və inkişaf problemləri olan uşaqlarla işləyir. Səfir və uelsli azarkeşlər uşaqlarla birlikdə gül əkmək məşğələsinə qoşulub.

“Hamımız çalışmalıyıq ki, bu uşaqların cəmiyyətə inteqrasiyasıda və yeni bacarıqların öyrənilməsinə kömək edək” - deyə, səfir bildirib.


Femida.az

Açar sözlər:

Oxunub: 442