Göyçayda qəza olub - 3 nəfər xəsarət alıb


19:01     15 Noyabr 2019 qeza_yeni.jpg

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın xəbərinə görə, qəza bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb.

“Qazel” markalı yük avtomobili ilə “VAZ-21015” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 622