Bərdədə 19 yaşlı gənc bıçaqlanıb


19:55     15 Noyabr 2019 bicaq1.jpg

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın report-a istinaden verdiyi məlumata görə, hadisə şəhərin Səttərxan küçəsində qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Elmir Abdullayev bıçaqlanıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. E.Abdullayevə döş qəfəsinin sol kürək nahiyəsində və sağ baldırın aşağı nahiyəsində kəsilmiş deşilmiş diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 467