İŞİD-in əsas rəhbərlərindən biri həbs edilib


21:06     15 Noyabr 2019 19_11_15_1573835242.jpg

Ukraynada İŞİD terror təşkilatının liderlərindən biri həbs edilib.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçirdiyi birgə əməliyyat zamanı İŞİD-in əsas rəhbərlərindən biri olan Əl Bara Şişani adlı Gürcüstan vətəndaşı həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 503