Göygöldə avtomobil aşıb - Sərnişin ölüb


21:42     15 Noyabr 2019 19_11_15_1573836196.jpg

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza Topalhəsənli-Zurnabad yolunda qeydə alınıb

Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Qocayeva Gülnar Fazil qızı hadisə yerində ölüb.

Avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 537