Gəncədə oğul atasını qətlə yetirib


22:41     15 Noyabr 2019 bicaq.jpg

Gəncə şəhərində oğul atasını qətlə yetirib.

Femida.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 520