Vilayət Eyvazov bölmə rəisini yüksək vəzifəyə təyin etdi


09:49     16 Noyabr 2019 2019/11/vilayet_eyvazov_1562763735_1573883450.jpg

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.


Femida.az -ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub.

O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib.

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Açar sözlər:

Oxunub: 1145