DİN məlumat yaydı: 31 nəfər saxlanılıb


11:44     16 Noyabr 2019 DİN.jpg

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az- a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 374