Laboratoriya müdiri qəzada öldü
12:10 16 Noyabr 2019
Abşeron rayonunda avtomobil vurulması nəticəsində ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir.
Femida.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, S.Həsənova ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.
ADNSU-dan fakt təsdiqlənib.
Oxunub: 405