Yeni əsgər yataqxanası istifadəyə verilib


21:23     21 Noyabr 2015 14480912213310014537_1000x669.jpg

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissənin müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.


Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Fuad Məmmədov idarənin tabeliyində olan hərbi hissədə əsgər yataqxanasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib. O, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yeni və güclü Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Mərasimdə qeyd edilib ki, Silahlı Qüvvələrimizdə maddi-texniki təminat problemlərinin aradan qaldırılması, ayrı-ayrı qoşun növlərində hərbi qulluqçuların xidmət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edənlər şəxsi heyətə göstərilən diqqətə görə hərbi qulluqçular adından dövlətimizin başçısında dərin minnətdarlıqlarını bildiriblər.

Yeni və müasir yataqxanada ideoloji sinif, silah, dəftərxana, məişət otaqları, şəxsi heyətin əşyalarının saxlanması üçün anbar və digər obyektlər əsgərlərin ixtiyarına verilib.

Açar sözlər:

Oxunub: 889