Azərbaycanlı beynəlxalq axtarışa verilib


12:53     16 Noyabr 2019 19_11_16_1573894455.jpg

Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.


Femida.az -ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, terrorçuluğa yardım etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyev barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda Z.Quliyevin saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.

Açar sözlər:

Oxunub: 536