Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi


15:16     16 Noyabr 2019 19_11_16_1573894728.jpg

Serbiya Prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.

Femida.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Bildirilir ki, 49 yaşlı Vuçiç noyabrın 15-i ürəyində yaranan problemə görə Hərbi Tibb Akademiyaya aparılıb. Hazırda onun müalicəsi davam etdirilir.

Qeyd edək ki, 1993-cü ildə siyasi karyeraya başlayan Aleksandr Vuçiç 2017-ci ildən Serbiyanın Prezidentidir.

Açar sözlər:

Oxunub: 575