Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir - Fotolar
13:13 16 Noyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi ilə Zərdab rayonunda yaradılmış günərzi qayğı mərkəzində 3-12 yaş arası olan və bir qismi sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 30-dan artıq uşaq hərtərəfli qayğı ilə əhatə olunublar.
Nazirlikdən Femida.az-a bildirilib ki, “Ümman” Sağlamlıq İmkanları Məhdud Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən yaradılmış mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə xidmət edir. Mərkəzə cəlb olunan uşaqlar burada yataqla və gün ərzində 3 dəfə yeməklə təmin edilir, onlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər, o cümlədən maraqlı eksursiyalar təşkil edilir.
Uşaqların valideynləri ilə hər həftə görüşlər keçirilir, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı zəruri köməklik göstərilir. Müxtəlif dərnəklər vasitəsilə uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür.
Femida.az
Oxunub: 697
Oxşar xəbərlər
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Atası marketə düşdü, uşaq maşını işə salıb aşırdı
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb