Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələnib


15:43     16 Noyabr 2019 19_11_16_1573895675.jpg

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 469