Avtovağzalda cibgirlik edən keçmiş məhkum tutuldu
15:58 16 Noyabr 2019
Avtovağzalda oğurluq edən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Tərtər rayon sakini M.Əliyevin mobil telefonunu və içərisində 50 manat, 55000 rubl (1320 manat) olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 559
Oxşar xəbərlər
- Avtovağzaldan rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytarıb
- Avtovağzalda dezinfeksiya işləri davam etdirilir
- Avtovağzalda hər gün 300-dən çox avtobus dezinfeksiya olunur - Foto
- Avtovağzaldan gecə reysləri bu istiqamətlər üzrə olacaq
- Avtovağzalda 5 yaşlı uşağa tam bilet satılıb
- Avtovağzalda pulsuz QİÇS müayinəsi keçirildi
- Avtovağzalda yeni pulsuz xidmət yaradıldı
- Avtovağzalda pulsuz internet
- Avtovağzaldan meyit tapılıb - Bərdə sakinidir
- Avtovağzalda “Şəbəkə” istifadəyə verilib