Polis Akademiyası bilik yarışında birinci oldu
17:25 16 Noyabr 2019

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib.
Femida.az-ın məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə respublikanın 49 dövlət və özəl ali təhsil müəssisələrinin, o cümlədən xüsusi təyinatlı ali təhsil müəssisələrinin komandaları iştirak edib. Bu bilik yarışmasında DİN-in Polis Akademiyasının komandası xüsusilə fərqlənərək 30 bal toplamış və I yerə layiq görülüb.
Yeri gəlmişkən, 2014-cü ildən başlayaraq Heydər Əliyev Mərkəzində bu mövzuda bilik yarışı keçirilir.
Polis Akademiyasının komandası 2015-ci ildə keçirilmiş II Ümumrespublika bilik yarışında II, 2018-ci ildə keçirilmiş V Ümumrespublika bilik yarışında isə III yeri tutmuşdur.
Kursantları yarışa Polis Akademiyasını «İctimai elmlər» kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov hazırlayıblar.
Femida.az
Oxunub: 221
Oxşar xəbərlər
- Bakıda övladına işgəncə verən valideyn həbs edildi
- Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
- İki piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı cinayət işi başlandı
- Polis Akademiyasında Heydər Əliyevin xatirəsi anıldı
- Yol polisi maşını saxladı, sərnişin özünü bıçaqladı
- Polis dələduzu saxladı - 165 min manatı, 4 mənzil və 1 ticarət obyektini ələ keçirmişdi
- Ağdaş polisi gənclərlə görüşdü
- Daxili işlər orqanlarına qəbul hansı sənədlərlə aparılır? - QAYDALAR
- Yevlax polisi şagirdləri narkomaniya və onun fəsadları barədə məlumatlandırdı
- Gəncə, Bərdə və Kürdəmir polisləri də ağacəkmə aksiyasına qoşuldu