Bakıda 2 yük maşını toqquşdu - 25 yaşlı oğlan öldü


13:26     16 Noyabr 2019 19_11_16_1573896459.jpg


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, Sabunçu rayonu, Şəhər şosesindəki "Rahat" marketin qarşısında Füzuli rayon sakini Məmmədov Xəyyam Niyaz oğlu idarə etdiyi 90 JG 469 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü İslamov Soltanəli Güləli oğlunun idarə etdiyi "Hovo" markalı 90 NR 159 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində "Qazel" markalı avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Məmmədov Namiq Xəyyam oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 524