ABŞ-da “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunacaq


17:39     16 Noyabr 2019 ABŞ.jpg

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar yubiley tədbirləri keçiriləcək.


Milli Məclisdən (MM) Femida.az-a verilən məlumata görə, tədbirlərdə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Yüksək səviyyəli rəsmi şəxslərin, Böyük Qafqaz regionu ölkələri səfirlərinin, ABŞ-ın hökumət nümayəndələrinin iştirak edəcəyi yubiley tədbirlərində “Əsrin müqaviləsi”nin imzalanmasından bugünədək regionda enerji təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanda, Qazaxıstanda və digər Xəzər hövzəsi ölkələrində neft və qaz istehsalının gələcəyinin öyrənilməsi barədə məsələlərə nəzər salınacaq.

Səfər çərçivəsində komitə sədri ABŞ Konqresində də bir sıra görüşlər keçirəcək, Azərbaycan-ABŞ münasibətlərinə dair müzakirələr aparacaq.

Femida.az

Açar sözlər: #ABŞ  

Oxunub: 479