Sumqayıtda zavodda zəhərlənənlərin səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA


13:47     16 Noyabr 2019 19_11_16_1573897627.jpg


Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Femida.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 817