Ağdaşda xəstəxanada qadın öldü


17:12     16 Noyabr 2019 19_11_16_1573899200.jpg


Ağdaşda xəstəxanada ölüm faktı qeydə alınıb.


Femida.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Rayonun Xosrov kənd sakini, 38 yaşlı Sevda Musayeva qanaxma diaqnozu ilə xəstəxanaya gətirilib.

Vəziyyəti ağır olduğundan dərhal əməliyyat olunub. Əməliyyatdan sonra qadının halı pisləşib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağdaş Şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ağdaş  

Oxunub: 516