“Partiyamız böyük siyasi məktəbdir” - Mübariz Qurbanlı


18:20     21 Noyabr 2015 mu5.jpg

“Yeni Azərbaycan Partiyası (YAP) bu gün regionumuzda ən böyük siyasi qüvvədir. Partiyamızın bu gücünü şərtləndirən bir sıra amillər var”.


Femida.az xəbər verir ki, bu fikirləri YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP ölkəmizdə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. Onun sözlərinə görə, bunun başlıca səbəbi partiyamızın Ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir.

“Eyni zamanda, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb. Bu insanlar vahid azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Onu da qeyd etmək istəyirəm ki, YAP hər zaman hər bir situasiyaya hazır olan partiyadır. Ona görə də hər zaman bütün məsələlərə, o cümlədən seçkilərə hazırdır və bütün seçkilərdə qələbə qazanır. Partiyamız həm kəmiyyət, həm keyfiyyət, həm də yerli strukturların mükəmməlliyi baxımından çox güclüdür. Partiyamız böyük siyasi məktəbdir. Yüksək intellektli gənclərin YAP sıralarında birləşməsi bizim gücümüzü artırmaqla yanaşı, partiyanın gələcəyi üçün də mühüm amildir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Açar sözlər:

Oxunub: 907


Oxşar xəbərlər