54 yaşlı kişi bıçaqlanıb


18:49     16 Noyabr 2019 bicaq.jpg

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Arzu Mikayıl oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Vəziyyətin kafi olduğu bildirilir. Hadisənin hələlik kim tərəfindən törədildiyi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 492