Kür çayında suyun səviyyəsi 8 santimetr artıb
18:51 16 Noyabr 2019
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 20-30 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-90 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 59 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 63 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 72 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 133 santimetrə bərabərdir. Salyan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 59 santimetr olub. Bankədə suyun səviyyəsi 8 santimetr artaraq 147 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 35 santimetr olub. Surra məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 314 santimetrə bərabər olub.
Femida.az
Oxunub: 433
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI