"Hyatt Regency"in yaxınlığında cinayət - 16 yaşlı oğlan bıçaqlandı


19:25     16 Noyabr 2019 bicaq.jpg

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə "Hyatt Regency" hotelinin yaxınlığında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov Azad Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Zərərçəkmiş əməliyyat üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 418


Oxşar xəbərlər