İranda benzin bahalaşdı - Yüzlərlə insan etiraz etdi


10:27     17 Noyabr 2019 2019/11/1B20F4E6-E610-4CD0-82CF-DA2E30EA9A2C_1573973934.jpeg

İranda benzinin qiymətinin qaldırılması etirazlara səbəb olub.

Femida.az-ın məlumatına görə, bu gün paytaxt Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində yüzlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. Yerli sakinlər benzinin bahalaşmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, ötən gün İranda benzinin qiyməti 50 faiz qaldırılıb. Gözlənilməz bahalaşma vətəndaşlar arasında birmənalı qarşılanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 516