Belarusda parlament seçkiləri keçirilir
10:30 17 Noyabr 2019
Bu gün Belarusda parlamentin aşağı palatasına seçkilər keçirilir.
Femida.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 20.00-a qədər davam edəcək.
Ölkədə 5 min 830, ölkədən kənarda isə 46 seçki məntəqəsi yaradılıb. Son məlumatlara görə, 110 deputat mandatı uğrunda 513 namizəd mübarizə aparır. 6 milyon 880 min seçicinin olduğu Belarusda seçicilərin 1 milyon 300 min nəfəri paytaxt Minskdə yaşayır.
Majoritar sistemlə keçirilən seçkilərdə 110 dairədən 110 deputat seçiləcək. Əgər seçki dairəsində yaşayan seçicilərin yarıdan çoxu səsvermədə iştirak edərsə, həmin dairədə səsvermə baş tutmuş sayılacaq. Ən çox səs toplayan namizəd isə deputat mandatına sahib olacaq.
Femida.az
Oxunub: 549
Oxşar xəbərlər
- Belarusdan Ukraynaya azı 631 raket atılıb
- Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb
- Belarusdan Ukraynaya ballistik raket atılıb
- Belarusdan Azərbaycana yeni silah partiyası gətirilib?
- Belarusda hökumət istefa verdi
- Belarusda prezident seçkiləri keçirilir
- Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
- Belarusda Rusiyanın “Vaqner” qrupunun 33 döyüşçüsü saxlanılıb
- Belarusda 423 nəfər pandemiyanın qurbanı oldu
- Belarusda koronavirusa yoluxanların sayı 8000-i ötüb