Tramp Ali Məhkəməyə müraciət edib
11:11 17 Noyabr 2019
ABŞ Prezidenti Donald Tramp vergi bəyannaməsinin açıqlanması barədə aşağı məhkəmə instansiyalarının qərarlarının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Femida.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, Kolumbiya Federal Dairəsinin Apelyasiya Məhkəməsinin qərarına əsasən, “Mazars” mühasibatlıq şirkəti ABŞ Prezidentinin vergi bəyannaməsini Konqresə təqdim etməlidir.
Nyu-York Məhkəməsi isə “Mazars” mühasibatlıq şirkətinin D. Trampın həm şəxsi, həm də ona məxsus şirkətin 2011-2018-ci illər üzrə vergi bəyannamələrinin Konqresə təqdim edilməsi barədə qərar verib.
ABŞ Prezidentinin vəkilləri bu məhkəmələrin qərarlarını qanunsuz sayır. Vəkillər bildirirlər ki, ilk dəfə Konqres fəaliyyətdə olan Prezidentlə bağlı belə informasiyanı əldə etməyə çalışır və bu bəyannamələrin açıqlanması siyasi rəqiblərə D. Trampla bağlı geniş kampaniya aparmağa imkan verəcək.
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib
- Tramp qalib gəldiyini elan etdi
- Tramp ABŞ qoşunlarını Somalidən çıxarmağa hazırlaşır