Kreditlərin sığortası üzrə ödənişlər artıb


21:47     21 Noyabr 2015 a0cab4cf-ecb8-4d6f-93ed-9e74823198ee.jpg

Bu ilin yanvar-oktyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı kreditlərin sığortasında qeydə alınıb.


Femida.az xəbər verir ki, bu növ sığortada ödəniş 19,2 dəfə artaraq 128 min manat təşkil edib.

Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında da yığım 2,7 dəfə artaraq 61 min manat olub.

Ümumi mülki məsuliyyətin sığortasında isə yığım 2,6 dəfə artaraq 290 min manata çatıb.

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 2,1 dəfə artaraq 1,95 milyon manat, həyatın yaşam sığortasında 41% artaraq 31,7 milyon manat, tibbi sığortada 5,2% artaraq 41,8 milyon manat, səfər sığortasında 2,4% artaraq 238 min manat, avtomobillərin icbari sığortasında isə 9,9% artaraq 27,2 milyon manat təşkil edib.

10 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb.

Bundan başqa, sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş 78,1% azalaraq 14 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 75% azalaraq 2 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 29,6% azalaraq 891 min manat, səfər sığortasında 29,1% azalaraq 139 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 29,2% azalaraq 5 milyon manat, kasko sığortasında 13,7% azalaraq 20,3 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 72,1% azalaraq 149 min manat olub, istehsalatda bədbəxt hadisələrdən sığortada 5% azalaraq 1,95 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 40,5% azalaraq 1 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında ödəniş 75,4% azalaraq 0,9 min manat olub.

Açar sözlər:

Oxunub: 908