FHN köməksiz qalan 6 nəfəri xilas edib
12:03 17 Noyabr 2019
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.
Femida.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.
Digər məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda və Sumqayıt şəhərində ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib, 1 nəfərə köməklik göstərib.
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb