Binədə 26 yaşlı gənc ağır xəsarət alıb


12:50     17 Noyabr 2019 xestexana_01254.jpg

Xəzər rayonunun Binə qəsəbəsində 26 yaşlı gənc ağır bədən xəsarəti alıb.

Femida.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Cəbrayılov Pərviz Hafiz oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Xəstə dərhal əməliyyat olunub.

Yaralının yaxınları bildirib ki, C. Pərviz pilləkanlardan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 473