İranda etiraz aksiyalarında 25 nəfər ölüb
13:23 17 Noyabr 2019
İran İslam Respublikasında son iki gündür davam edən etiraz aksiyalarında 20-dən çox insan həlak olub.
Bu barədə "Al-Hadath" telekanalı bildirib.
Telekanalın məlumatına görə, ölkədə yanacağın qiymətinin kəskin artımına etiraz əlaməti olaraq son günlər ayrı-ayrı şəhərlərdə keçirilən aksiyalarda təxminən 25 nəfər öldürülüb.
İranın hakimiyyət orqanları bununla bağlı rəsmi şərh verməyib. Ölkənin cənubunda yerləşən Sinjan şəhərinin hakimiyyət orqanları ötən günkü etirazlar zamanı bir nəfərin həlak olmasını elan ediblər.
Bir qədər əvvəl, "Fars" agentliyinin yaydığı məlumata görə, İranın ali dini lideri ayətulla Əli Xamenei bildirib ki, yanacağın qiymətinin qalxması haqqında qərar hakimiyyətin üç qolu tərəfindən düşünülüb. Report
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub