İŞİD-in 615 üzvü təslim oldu


14:16     17 Noyabr 2019 19_11_17_1573985838.jpg


Əfqanıstanda İŞİD terror təşkilatının üzvlərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın Nangarhar əyalətində əməliyyat zamanı 615 İŞİD-çi təhlükəsizlik qüvvələrinə təslim olub.

Məlumatı ölkənin Daxili İşlər Nazirliyi təsdiqləyib. Bildirilib ki, təslim olanlar arasında qadın və uşaqlar da var.

Femida.az

Açar sözlər:

Oxunub: 521