Nazirlikdən yeni kampaniya - Pulsuz internet veriləcək


19:29     21 Noyabr 2015 internet.jpg

20 noyabr-20 dekabr tarixlərində “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyini tabeli qurumları xüsusi kampaniyaya başlayır.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu kampaniya müddətində texniki imkanlara uyğun olaraq güzəştli şərtlərlə telefon çəkilişləri təşkil ediləcək. Mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi, həmçinin CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdiriləcək.

Aşağı tutumlu İnternet xidmətləri abunəçiləri üçün xüsusi güzəştlər planlaşdırılıb və istifadə olunan tutumların 1 Mb/s artırılması təmin ediləcək. Kampaniya müddətində müraciət edən istifadəçilər – müqaviləsi 1 Mb/s olanlar 2 Mb/s, ; 2 Mb/s olanlar 3 Mb/s tutum əldə edəcəklər.

Qeyd edək ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində aparılan bütün tədbirlər sahə üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Analoji güzəştli kampaniyanın keçirilməsi Nazirlik tərəfində özəl xidmət operator və provayderlərinə də tövsiyə olunub.

Kampaniya çərçivəsində göstəriləcək xidmətlər barəsində ətraflı məlumatlar və təkliflərin, müraciətlərin qəbulu ünvanları aidiyyəti xidmət göstərən müəssisələrin İnternet informasiya ehtiyatlarından əldə edilə bilər.

Açar sözlər:

Oxunub: 1234