Bakıda avtobus qəza törətdi


14:54     17 Noyabr 2019 19_11_17_1573986925.jpg

Bakıda sərnişin avtobusu qəza törədib.


Hadisə Nizami rayonunda, “8-ci kilometr bazarı”nın yaxınlığında qeydə alınıb.

“90-VS-438” dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan “90-XO-187” dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobuslara ziyan dəyib./Report

Femida.az

Açar sözlər:

Oxunub: 393