Qazaxda qəza oldu - 350 ev qazsız qaldı


16:28     17 Noyabr 2019 19_11_17_1573993792.jpg


Qazaxda 350 abonentin qaz təminatı dayanıb.


“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, Qazax şəhərinin N.Nərimanov küçəsində, Hüseynbəyli kəndinin 76 mm diametrində daşıyıcı orta təzyiqli qaz xətti avtomobil qəzası zamanı qırılıb.

Nəticədə 350 abonentin qaz təminatında fasilə yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 515