Həkimlər Serbiya Prezidentinin həyatını xilas edib
16:31 17 Noyabr 2019

Həkimlər Serbiya Prezidenti Aleksandar Vuçiçin həyatı xilas edib.
Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Serbiya Səhiyyə naziri Zlatibor Lonçar həkimlərin ürəyindəki problemlə bağlı xəstəxanaya yerləşdirilmiş A. Vuçiçin həyatını xilas etdiklərini bildirib.
Səhiyyə naziri deyib ki, A. Vuçiçin ürəyində kiçik xroniki problem olub, ancaq cümə günü axşam durumu ağırlaşıb və həkimə müraciət edib. Həkimlər dövlət başçısının həyatının təhlükədə olduğu qənaətinə gəliblər. Hərbi-Tibbi Akademiyanın həkimləri təcili lazımi tədbirlər görüb, Prezidentin orqanizmi müalicəyə müsbət reaksiya verib. Səhiyyə naziri həkimlərə təşəkkür edib, onların peşəkarlığını yüksək qiymətləndirib.
Bundan əvvəl A. Vuçiç noyabrın 18-də işə çıxacağını bildirib.
Femida.az
Oxunub: 152
Oxşar xəbərlər
- Həkimləri bölgələrə cəlb edəcək layihə hazırlanır
- Həkimlərin maaşı gələn ildən artırılacaq
- Həkimlərin telefonunu oğurlayan bu şəxs imiş - GÖRÜNTÜLƏRİ ORTAYA ÇIXDI
- Həkimlərin ürək xəstələrinə təyin etdiyi ASPİRİN TƏHLÜKƏSİ
- Həkimlər və aptek sahibləri DİQQƏT!! - Nazirlikdən XƏBƏRDARLIQ
- Həkimlər Bakıdan rayonlara ezam olunur