Bu il idxal və ixrac edilən məhsullar - Statistika
17:17 17 Noyabr 2019
Cari ilin yanvar-sentyabr aylarında idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər 49,5 faiz, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 33,7 faiz, çay 7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 49,6 faiz, pambıq lifi 47,2 faiz, pambıq ipliyi 38,1 faiz, emal olunmamış alüminium 24,1 faiz, polietilen 2,5 faiz, bentonit gili 17,2 faiz artıb.
Təzə tərəvəz ixracı isə 3 faiz, kartof 7,2 faiz, bitki yağları 17,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 18,7 faiz, qara metallardan yarımfabrikatlar 3,6 faiz, qara metallardan borular 81,9 faiz azalıb.
Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər 39,9 faiz, təzə meyvə 2,7 faiz, bitki yağları 6 faiz, kərə yağı, digər süd yağları və pastaları 13 faiz, çay 2,5 faiz, quş əti və onun əlavə məhsulları 9,6 faiz, kartof 23,9 faiz, mal əti 13,2 faiz, təzə tərəvəz 36,3 faiz, minik avtomobilləri 1,9 dəfə, polad prokatı 25,6 faiz, mineral gübrələr 47,6 faiz, hesablama maşınları, blok və qurğuları 35,5 faiz, rezin şinlər 12,7 faiz, mebellər 9,6 faiz, avtobuslar 3,4 dəfə, məişət kondisionerləri 1,6 dəfə, polietilen 27,8 faiz, yük avtomobilləri 3,7 dəfə, paltaryuyan maşınlar 9,3 faiz, qara metallardan künclüklər 13,2 faiz artıb.
Siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular 13,6 faiz, qara metallardan çubuqlar 20 faiz, sement və sement klinkerləri 17,8 faiz, məişət soyuducuları 17,1 faiz azalıb.
Femida.az
Oxunub: 473
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- PA rəsmisi: "Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır"