Güney etirazlara qoşuldu: Xomeyninin üzüyü yandırıldı - Video


21:12     17 Noyabr 2019 19_11_17_1573999031.jpg

İranda benzinin bahalaşmasına etiraz olaraq cümə günü başlayan etiraz aksiyaları davam edir.


Femida.az xəbər verir ki, artıq etiraz aksiyaları Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan kimi iri şəhərlərində də keçirilib.

Təbrizdə minlərə insan benzinin qiymətinin bahalaşmasıyla əlaqədar küçələrə çıxıb.

Şənbə günü keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla etirazçının saxlanıldığı bildirilir.

Şəhriyar şəhərində etirazçılar dini lider Xomeyninin üzüyünə qoyulmuş məşhur heykələ od vurub.

Polisin etirazçılara atəş açması nəticəsində 9 nəfər həlak olub. Etirazçılar dövlət və dini binaları yandırıb, bankalara hücumlar edibər.


Açar sözlər:

Oxunub: 574